
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək "Atletik" (İspaniya) - "Qarabağ" matçının təyinatları açıqlanıb.
Fanat.Az-ın məlumatına görə, oyun Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşün baş hakimi İqor Payats olacaq. Ona Boyan Zobenitsa və İvan Mihali yardım edəcəklər. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.
VAR-da İvan Bebek, AVAR-da isveçrəli Fedayi San əyləşəcək.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" qarşılaşması oktyabrın 22-də keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 20:45-də səsləndiriləcək.