
"Çelsi”nin futbolçusu Alexandro Qarnaço Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda Bakıda "Qarabağ"la keçirdikləri oyunla (2:2) bağlı fikirlərini bölüşüb
Fanat.Az xəbər verir ki, "zadəganlar"ın bərabərlik qolu vuran argentinalı yarımmüdafiəçi klubun rəsmi saytına danışıb:
“Düşünürəm ki, qalib gəlməli idik. Çoxlu qol şansımız oldu. Nəticədən məmnun deyilik. Biz “Çelsi”yik və hər oyunda qalib gəlməyə çalışmalıyıq. Ona görə də, yalnız 1 xal istədiyimiz nəticə deyildi. Fasilədə məşqçi mənə əlimdən gələni etməli olduğumu dedi. Qol vurmağı bacardım, amma bu, kifayət deyildi. Düşünürəm ki, bəli, yaxşı qol vurdum. Komandaya kömək etmək istəyirdim. Amma qələbə qazana bilmədik. Əlbəttə ki, burada uzun bir yol var idi. Lakin, bunu etməliyik və bu, bəhanə olmamalıdır”.