
1-ci Liqanın turnir cədvəlinin lideri "Şəfa" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə 2 yoxlama oyunu keçirəcək.
Bu barədə Fanat.Az-a Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli məlumat verib.
Sözügedən kollektiv noyabrın 13-də Binə qəsəbə stadionunda digər 1-ci Liqa komandası "Cəbrayıl"la üz-üzə gələcək. İkinci qarşılaşma isə noyabrın 14-də baş tutacaq. "Şəfa" Bakı Olimpiya Stadionunda (BOS) "Qarabağ"ın U-19 komandası ilə qarşılaşacaq.
Xatırladaq ki, ilk 7 turda 6 qələbə və 1 heç-heçə ilə yadda qalan "Şəfa"nın 19 xalı var. "Səbail" isə 17 xalla 2-ci pillədə mövqe tutub.
Nihat