
Azərbaycan Basketbol Liqasında VII tur start götürüb.
Fanat.Az-ın məlumatına görə, günün yeganə oyununda "Lənkəran" "Sərhədçi"ni qəbul edib
Lənkəran Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma ev sahiblərinin 83:78 (19:18, 20:23, 20:14, 24:23) hesablı qələbəsi ilə başa çatıb. "Lənkəran"ın heyətində ən məhsuldar oyunçu dabl-dablla yadda qalan (21 xal + 11 ribaund) Bilal Şabazz olub.
Qeyd edək ki, tura noyabrın 16-da yekun vurulacaq.
Nihat