
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin Bakıda İslandiyaya qarşı keçirdiyi oyundan (0:2) öncə xəstələndiyi üçün yığmanın düşərgəsini tərk edən müdafiəçi Elvin Cəfərquliyevin və Fransa ilə son qarşılaşmadan (1:3) əvvəl zədə səbəbindən seçmədən ayrı düşən digər "Qarabağ"lı arxa xətt oyunçusu Toral Bayramovun son vəziyyətləri bəllidir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Elvin artıq problemi geridə qoyubsa, Toralın da zədəsi ciddi deyil.
Hər iki futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda səfərdə "Napoli"yə qarşı oynaya biləcək.
Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Dieqo Armando Maradona" stadionunda baş tutacaq. Matçın start fiti saat 00:00-da start götürəcək.
Nihat