
2-ci Liqa təmsilçisi "Şəki Siti"nin məşqçi və futbolçularının 2 aydır maaş üzünə həsrət qaldıqlarını və AFFA-nın vəziyyətə müdaxilə etmək qərarına gəldiyini sizlərə çatdırmışdıq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, dünən FİF-in (Futbolun İnkişaf Fondu) ofisində görüş keçirilib.
Görüşə sözügedən komandanın titul sponsoru olan "Flybast" şirkətinin direktoru Rövşən Abdullayev, klubun idman direktoru, baş məşqçisi Elvin Həsənov, eləcə də Şəkinin icra başçısı Elxan Usubov dəvət olunub. FİF-in icraçı direktoru Tural Piriyevlə birlikdə mövcud vəziyyət müzakirə olunub, "Flybast"ın maliyyə öhdəliklərini yerinə yetirməməsinin səbəbi araşdırılıb. Bu görüşün ardından vəziyyətin yaxşıya doğru düzəlmək ehtimalı artıb.
Məsələni diqqətdə saxlayacağıq.
Nihat