
Futbol üzrə Albaniya çempionatında 12-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" da növbəti matçına çıxıb.
Sözügedən kollektiv "Bilis"i qəbul edib və 5:1 hesablı darmadağına sevinib.
Matça ehtiyat oyunçular skamyasında başlayan Zamiq meydana 63-cü dəqiqədə, hesab 4:0 olarkən buraxılıb.
Bu qələbə sayəsində xallarının sayını 22-yə çatdıran "Eqnatiya" turnir cədvəlinin 3-cü pilləsində mövqe tutub.
Kamil Xudiyev