
Bizon Azərbaycan Kubokunun 1/8 final final mərhələsində 1-ci Liqa təmsilçisi "Baku Sportinq"i qəbul edəcək "Şamaxı"nın oyuna neçə itki ilə çıxacağı məlumdur.
Bu barədə Fanat.Az-a "aslanlar"ın sözçüsü Yusif Hüseynli məlumat verib:
"Cəzalı oyunçu yoxdur. Rumıniyalı yarımmüdafiəçi Andrey Tirkoveanu zədə səbəbindən "Baku Sportinq"ə qarşı oynamayacaq".
Qeyd edək ki, "Şamaxı" - "Baku Sportinq" görüşü dekabrın 3-də keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək. Meydan sahibləri mübarizəyə bu mərhələdən qoşulacaqlarsa, Bakı təmsilçisi 2-ci təsnifat mərhələsində 2-ci Liqa komandası "Göygöl"ü 2:0 hesabı ilə yenərək Premyer Liqa klubu ilə qarşılaşmaq hüququ qazanıb.
Nihat