
Misli Premyer Liqasında bu gün 1-ci turdan təxirə salınmış "Sabah" - "Qarabağ" matçı keçirilib.
Fanat.Az xəbər verir ki, meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatan matçın ardından ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:
"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Belə bir nəticənin olacağını təxmin edirdim. Çünki son vaxtlar komandamız çox güc sərf edir. Bəzi futbolçularımızın zədəli və xəstə olması müəyyən problemlər yaratdı. Təbii ki, bütün bunlar məğlubiyyətə səbəb olmamalıdır. Bu məğlubiyyət komandaya əlavə motivasiya verməlidir".
Qeyd edək ki, "Sabah" - "Qarabağ" oyunu Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.