
Azərbaycan I Liqa təmsilçisi "Baku Sportinq" Premyer Liqa təmsilçisi "Qəbələ"dən ayrılan hücumçu Elşad Tağıyevi transfer edib.
Fanat.Az xəbər verir ki, məlumatı paytaxt klubunun mətbuat xidməti yayıb.
24 yaşlı oyunçu ilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Xatırladaq ki, Tağıyevin "Baku Sportinq"ə keçəcəyini Buzovna təmsilçisinin məşqçisi Röyal Nəcəfov ilk olaraq saytımıza açıqlamışdı.