
MIsli Premyer Liqasında 23-cü tur çərçivəsində “Neftçi” doğma meydanda “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev fikirlərini jurnalistlərlə bölüşüb:
"Hər iki tərəf yaxşı oyun göstərdi. Qələbə qazandığımıza görə sevinirəm. Düşünürəm ki, komanda buna layiq idi".