
“Qarabağ”da və millimizdə çıxışları ilə tanınan veteran futbolçu Qara Qarayevin həyatı və karyerasından bəhs edən “Qara Qarayev” kitabı işıq üzü görüb.
Fanat.Az xəbər verir ki, kitab Murad Aksoy tərəfindən yazılıb
"Hörmətli idman həvəskarları, futbol fanatları,
Bu yaxınlarda TEAS Press Nəşriyyat Evi məşhur futbolçu Qara Qarayev haqqında kitab nəşr edərək oxucuların ixtiyarına verib. Kitabda Qara Qarayevin həyatı və karyerası bədii formada təqdim olunur.
28 aprel, saat 13:00-da Avropa Azərbaycan Məktəbində (Badamdar filialı) kitabın təqdimat mərasimi keçiriləcək və Qara Qarayev fanatlar üçün kitabı imzalayacaq. İştirak etmək istəyən hər kəs dəvətlidir. Amma iştirak üçün mütləq aşağıdakı linkdə qeydiyyatdan keçmək lazımdır"..