
Ağdamın "Qarabağ" klubu yay transfer pəncərəsində heyətini gücləndirmək üçün çox səs-küylü bir keçidə imza atıb.
Fanat.Az xəbər verir ki, dünya futbolunun 1 nömrəli insayderi Fabritsio Romano Ağdam təmsilçisinin yeni sol cinah müdafiəçisi tapdığını şəxsi "X" hesabı üzərindən açıqlayıb.
Məşhur jurnalistin eksklüziv məlumatına görə, Azərbaycan təmsilçisi İspaniyanın "Almeriya" klubunda çıxış edən Bruno Lanqa ilə tam razılıq əldə edib. Artıq tərəflər arasında bütün şərtlərin razılaşdırıldığı və Mozambik millisinin üzvünün yaxın günlərdə Bakıya gələrək rəsmi müqaviləyə qol çəkəcəyi bildirilir.
İspaniya La Liqası təcrübəsinə malik olan keyfiyyətli sol müdafiəçinin transferi, "Qarabağ"ın avrokuboklardakı növbəti iddialı yürüşü öncəsi müdafiə xəttini ciddi şəkildə gücləndirəcək.
Kamil Xudiyev