
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk milli komandaların oyunları ilə bağlı fasilədən sonra hücum xəttində dəyişikliklər etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sözcü" yayıb.
Məlumata görə, iki futbolçu ehtiyat oyunçular skamyasına keçiriləcək.
"Trabzonspor"a 0:4 hesabı ilə məğlubiyyətdən sonra fasiləyə yollanan "Qalatasaray" hücum taktikasını yenidən qurur. Okan Buruk bunun üçün yeni seçimlərini müəyyənləşdirib.
Batrakov Burukun yeni sisteminin mərkəzində yer alacaq. Rusiyalı futbolçunun "10 nömrə" mövqeyi üçün əsas seçim olacağı bildirilir. Batrakovun mərkəzə keçməsi ilə Yunus Akgün sağ cinaha keçəcək.
Viktor Osimhen heyətə qayıtdıqdan sonra nigeriyalı hücumçu hücum xəttinə rəhbərlik edəcək, Rafael Leao isə sol cinahda oynayacaq. Burukun Barış Alper və Leroy Saneni ehtiyatda saxlayacağı, lakin hər iki futbolçunun oyun zamanı əvəzetmə üçün əsas variantlar olacağı qeyd edilir.
Əlisahib İbrahimli