
Portuqaliyalı futbolçu Jota Oliveyra karyerasını Azərbaycanda davam etdirəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən ölkənin 3-cü liqasında çıxış edən "San Juan Ver" klubu ilə müqaviləsinin müddəti başa çatan cinah müdafiəçisi "Şamaxı" ilə anlaşıb.
Ölkısinin U-18 yığmasında oynamış 25 yaşlı futbolçu tibbi müayinədən keçəndən sonra "aslanlar"la müqavilə bağlayacaq.
Xatırladaq ki, "Şamaxı" yeni mövsümə "Kəpəz"in sabiq çalışdırıcısı Azər Bağırovun rəhbərliyi altında hazırlaşır.
Nihat