
Azərbaycan çempionu "Sabah"ın UEFA Çempionlar Liqasındakı ilk oyunlarının yayım ünvanı məlum olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisinin 1-ci təsnifat mərhələsində Uelsin TNS (The New Saints) klubuna qarşı keçirəcəyi hər iki oyun "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Normalda "Sabah"ın avrokubok matçları İctimai TV (İTV) ekranlarında nümayiş etdirilsə də, bu dəfə efir torunda məcburi dəyişiklik edilib. Hazırda davam edən Dünya Çempionatının əsas yayımçısı İctimai TV olduğu üçün və oyun proqramları üst-üstə düşdüyündən, "bayquşlar"ın Çempionlar Liqasındakı ilk iki matçı "CBC Sport"a həvalə olunub.
Valdas Dambrauskasın rəhbərlik etdiyi komandamız ilk rəsmi sınağına iyulun 7-də doğma meydanda çıxacaq, cavab görüşü isə iyulun 14-də Uelsdə baş tutacaq.
Kamil Xudiyev