
1-ci Liqanın son qalibi "Şəfa"dan ayrılan cinah müdafiəçisi Elvin İsmayılov özünə yeni iş yeri tapıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı futbolçu yeni mövsümdə çempion olmağı hədəfləyən MOİK-lə anlaşıb.
Onun yaxın vaxtlarda "hərbçilər"lə 1 illik müqavilə bağlayacağı gözlənilir.
Xatırladaq ki, nazirlik komandası son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Qarşısına çempionluq məqsədi qoyan klubu hədəflərinə çatdıra bilməyən baş məşqçi İlham Yadullayevin postundan göndəriləcəyi gözlənilsə də, rəhbərlik onunla əməkdaşlığı davam etdirməyi uyğun sayıb.
Toğrul