
Son mövsümü elitanı tərk edən "Karvan-Yevlax"da keçirən Vadim Abdullayevin karyerasını harada davam etdirəcəyi bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 31 yaşlı dayaq yarımmüdafiəçisi "Kəpəz"lə anlaşıb.
Vadim hazırda "sarı-göylər"in düşərgəsindədir. Tərəflərin yaxın günlərdə münasibətləri rəsmiləşdirəcəyi gözlənilir.
Sözügedən oyunçu "Şamaxı"dan real müqavilə təklifi alsa da, tərəflər maaş məsələsində razılığa gələ bilməmişdilər.
Xatırladaq ki, "Kəpəz" yeni mövsümə Azər Məmmədovun rəhbərliyi altında hazırlaşır. Geridə qalan "futbol ili"ndə Gəncə təmsilçisini elitada saxlayan Azər Bağırov isə "Şamaxı"nın baş məşqçi postunda Ayxan Abbasovu əvəzləyib.
Toğrul