
"Hazırda yeni mövsümə harada başlayacağım dəqiqləşməyib".
Bu sözləri Fanat.Az-a açıqlamasında geridə qalan "futbol ili"ni "Karvan-Yevlax"da keçirən müdafiəçi Süleyman Əhmədov deyib.
Arxa xətt oyunçusu elita klublarından təklif almadığını bildirib: "Açığı, "Karvan"da oynayarkən aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma hazırda hər şey qaydasındadır. Zədə problemi geridə qalıb. Bir neçə Birinci Liqa klubu ilə danışıq aparıram. Yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək".
Xatırladaq ki, "Karvan-Yevlax" Misli Premyer Liqasındakı mübarizəni turnir cədvəlinin son pilləsində başa vuraraq 1-ci Liqaya düşüb.
Nihat