
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Sumqayıt" və "Kəpəz" bu gün öz aralarında yoxlama oyunu keçirəcəklər.
Fanat.Az xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq.
Matçın stary fiti saat 18:00-da səsləndiriləcək.
Bu, hər iki komandanın 2026/2027 mövsümü ərəfəsində 2-ci sınaq matçı olacaq. "Sumqayıt" ilk yoxlama oyununda "Qəbələ" ilə 1:1 hesablı, "Kəpəz" isə "Şamaxı" ilə qolsuz bərabərliyə razılaşıb.
Toğrul