
Azərbaycanın tanınmış yarımmüdafiəçilərindən olan İlkin Muradov qarşısına çempionlu hədəfi qoyulan klubla ortaq məxrəcə gələ bilməyib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ötən mövsüm digər 1-ci Liqa komandası "Baku Sportinq"in uğurları üçün çalışan 30 yaşlı futbolçu "Səbail"ə qoşulmağa yaxın olsa da, "dənizçilər" onun istədiyi maaşı verməyə razı olmayıblar.
Mradov Qırığızıstandan da təklif alıb. Bu yay Buzovna təmsilçisindən ayrılan və hazırda azad agent statusu daşıyan orta xətt oyunçusu hazırda sözügedən ölkənin klublarından biri ilə danışıq aparır.
Xatırladaq ki, İlkin daha öncə də Qırğızıstanda legioner həyatı yaşayıb. O, 2025-ci ildə Kant şəhərini təmsil edən "Abdış Ata"nın formasını geyinib.
Nihat