
2-ci Liqa təmsilçisi "Quba" yeni mövsümdə bu bölgəni təmsil etməyəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən komandanın Bərdədə məskunlaşması və bu şəhərin adını daşıması gündəmdədir.
Belə ki, klub AFFA Region Liqasında çıxış edən "Bərdə"nin sponsoruna satılıb. Hazırda proses yekunlaşmaq üzrədir.
Xatırladaq ki, 1-ci Liqa təmsilçisi "Səbail"in yeni mövsümdən Qubada oynamaq ehtimalı yüksəkdir. "Dənizçilər"in adının dəyişdirilib-dəyişdirilməyəcəyi, eləcə də sonrakı addımlar barədə ictimaiyyətə rəsmi məlumat verilməyib.
Toğrul