
"Sabah"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
Fanat.Az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.
"Bayquşlar" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"u mübarizədən kənarlaşdırmağı bacarmasa, "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
AL-in pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də keçiriləcək.
Qeyd edək ki, avqustun 5-də baş tutacaq "Orhus" - "Sabah" görüşü Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Tərəflər arasında cavab matçı isə avqustun 11-də keçiriləcək.
Nihat