
Cənubi Afrika Respublikası (CAR) təmsilçisi "Stellenboş" birtərəfli qaydada müqaviləsinə xitam verdiyi üçün FİFa-ya şikayət edən cinah müdafiəçisi Turan Manafovun aqibətinin necə olacağı qeyri-müəyyəndir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, hərbi xidmətlə bağlı ölkədən çıxışına məhdudiyyət qoyulan Manafovun yeni mğvsümə harada başlayacağı bilinmir.
Belə ki, bir neçə yerli klubla razılığa gələ bilməyən arxa xətt oyunçusuna artıq Azərbaycanın elita təmsilçilərindən hər hansı maraq yoxdur. Bu isə o deməkdir ki, 1-ci Liqa komandalarında oynamaq haqda düşünməyən tanınmış futbolçunun karyerası ciddi təhlükə altındadır.
Xatırladaq ki, Manafov ötən "futbol ili"nin 2-ci yarısını icarə əsasında "Qəbələ"də keçirib. O, baş məşqçi Kaxaber Tsxadadze ilə insident yaşadığı üçün mövsüm başa çatmamış komandadn uzaqlaşdırılıb.
Toğrul