
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində bu gün Polşanın Lublin şəhərində Kiyev "Dinamo"su ilə qarşılaşacaq "Qarabağ"ı neçə azərbaycanlı azarkeşin dəstəkləyəcəyi bəlli olub.
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Ağdam təmsilçisinin tərəfdarlarına 783 yer ayrılıb və bu saatadək həmin sektora 330 bilet alınıb.
Lublindəki qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək. UEFA görüşü danimarkalı hakimlər briqadasına tapşırıb. Baş hakim Morten Kroqa laynsman qismində Şteffen Bramsen və Viktor Skite kömək edəcək. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. VAR-da Yakob Kelet, AVAR-da isə Yens Maye olacaq. Tərəflərin cavab oyunu avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Azərbaycandakı matçın start fiti saat 20:00-da səsləndiriləcək.
Nihat