
Misli Premyer Liqasında debüt etməyə hazırlaşan "Şəfa" yerli futbolsevərlər üçün "sirli qutu"dur. Ötən mövsüm 34 yaşlı mütəxəssis Elgiz Kərəmlinin rəhbərliyi altında 1-ci Liqadakı mübarizənin sonuna 1 tur qalmış çempion olaraq Premyer Liqaya yüksələn Bakı təmsilçisini hazırda "Zirə"nin sabiq koordinatoru Zaur Həşimov çalışdırır. Artıq bütün yoxlama oyunlarını yekunlaşdıran, sınaq görüşlərində yenilməyən komandanın baş məşqçisindən "Şəfa"nı mövsümə nə dərəcədə hazır saydığını soruşduq.
Həşimovun Fanat.Az-a açıqlaması belə oldu:
"Demək olar ki, heyətimiz formalaşıb. Yalnız bizə gec qoşulan legionerlərin komandaya uyğunlaşması üçün zamana ehtiyac var.
Hazırda komandamızda baxışda olan bir legioner var. Çempionat başlayanadək daha bir futbolçunu heyətimizə qata bilərik. Faiz nisbəti ilə götürsək, çempionatın startına qədər 60–70 faiz hazır olacağıq”.
“Demək olar ki, heyətimiz formalaşıb. Yalnız bizə gec qoşulan legionerlərin komandaya uyğunlaşması üçün zamana ehtiyac var.
Hazırda komandamızda baxışda olan bir legioner futbolçu var. Çempionatın startına qədər daha bir futbolçunu heyətimizə qata bilərik. Faiz nisbəti ilə götürsək, starta qədər 60–70% hazır olacağıq”.
Nihat