
Qarşıdakı mövsümün hazırlığına avqustda başlayan 1-ci Liqa təmsilçisi "Mingəçevir" növbəti yoxlama oyununa çıxıb.
Fanat.Az-ın məlumatına görə, Elman Sultanovun rəhbərlik etdiyi kollektiv 2-ci Liqa komandası "Hypers" (Bərdə) ilə üz-üzə gəlib.
Dünən axşam saatlarında Mingəçevirdə reallaşan görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"İşıqçılar" bu ay daha öncə "Karvan-Yevlax" və "Şahdağ Qusar"la sınaq matçlarına çıxıb və hər ikisində 0:3 hesabı ilə yenilib.
Xatırladaq ki, 1-ci Liqada mövsüm sentyabrın 3-də start götürəcək.
Nihat