
Bu yay "Səbail" ilə vidalaşan yarımmüdafiəçi Roman Hüseynovun yeni iş yeri müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı futbolçu karyerasını 1-ci Liqada davam etdirəcək.
"Qəbələ"nin yetirməsi "Mingəçevir"in düşərgəsindədir və yoxlama oyunlarında meydana çıxıb. Onunla 1 illik müqavilə bağlanacağı gözlənilir.
Xatırladaq ki, "Mingəçevir" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 2-ci pillədə başa vurub. Ramiz Məmmədovun rəhbərliyi altında Premyer Liqaya vəsiqə uğrunda pley-off matçında "Qəbələ"yə 0:2 hesabı ilə uduzan komandanı hazırda Elman Sultanov çalışdırır.
Nihat