
Moldovalı yarımmüdafiəçi Vasile Bitlan karyerasını Azərbaycanda davam etdirəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 22 yaşlı futbolçu 1-ci Liqada oynayacaq.
Sözügedən oyunçu MOİK ilə 1 mövsümlük müqavilə bağlayıb. O, hazırda "hərbçilər"in düşərgəsindədir.

MOİK ötən mövsüm sözügedən çempionatdakı mübarizəni indiki baş məşqçisi İlham Yadullayevin rəhbərliyi altında turnir cədvəlinin 6-cı pilləsində yekunlaşdırıb.
Xatırladaq ki, Azərbaycan 1-ci Liqasında yeni mövsüm sentyabrın 3-də başlayacaq.
Nihat