
Misli Premyer Liqasının 4-cü turu çərçivəsində səfərdə “Kəpəz”in qonağı olan “Şamaxı” 4:1 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Şamaxı”nın baş məşqçisi Azər Bağırov matç haqda fikirlərini bildirib:
“Çətin oyun olacağını bilirdik. Möhtəşəm stadion, möhtəşəm azarkeşlər. Hər bir şey çox gözəl idi. Oyuna gəldikdə, rəqibin son matçında qələbə qazanmasının onlara motivasiya verəcəyini düşünürdük. Futbolçularım verilən tapşırıqları yerinə yetirə bildi. "Kəpəz"ə qarşıdakı matçlarda uğurlar arzulayıram.”