
Misli Premyer Liqasının 5-ci turunda Yevlaxda "İmişli"nin qonağı olacaq "Neftçi"nin meydana neçə itki ilə çıxacağı dəqiqləşib.
"Ağ-qaralar"in mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, baş məşqçi Yuri Vernidub Yevlax şəhər stadionunda baş tutacaq görüşdə yalnız bir futbolçunun xidmətindən istifadə etməyəcək.
Heyətdə cəzalı oyunçu olmadığı, hücumçu Aleksandr Ştoqrinin zədə səbəbindən kənarda qalacağı açıqlanıb.
Qeyd edək ki, "İmişli" - "Neftçi" matçı sentyabrın 11-də keçiriləcək. Qarşılaşmanın start fiti 16:30-da səsləndiriləcək. Hazırda 9 xalı olan "xalq komandası" turnir cədvəlində lider mövqeyində qərarlaşıbsa, 4 xala malik İmişli təmsilçisi 8-ci sıradadır.
Nihat