
"Araz-Naxçıvan"ın hücumçusu Sudi Abdallah Burundi millisinə dəvət olunub.
Fanat.Az xəbər verir ki, məlumatı Naxçıvan təmsilçisinin rəsmi saytı yayıb.
Sözügedən futbolçunun adı ölkəsinin sentyabrın 25-də səfərdə Toqo, 4 gün sonra – ayın 29-da doğma meydanda Əlcəzairlə keçirəcəyi oyunlar üçün açıqlanan siyahıya daxil edilib. Dəvətə əsasən, forvard sentyabrın 21-dən oktyabrın 6-dək millinin düşərgəsində olacaq.