
1-ci Liqanın 2-ci turu çərçivəsində sabah öz meydanında "Baku Sportinq"i qəbul edəcək "Zaqatala"nın baş məşqçisi Rakif Əliyev fikirlərini bölüşüb.
İlk turda Mingəçevir səfərindən 2:2 hesablı bərabərliklə qayıdan komandanın çalışdırıcısı Fanat.Az-a açıqlama verib:
"Matça səylə hazırlaşırıq. Rəqibin ilk oyununu təhlil etmişik. Buzovnadakı stadionun ot örtüyü yaxşı olmadığına görə rəqibin bizə qarşı fərqli oyun üslubundan istifadə etməsi də mümkündür. Komandamızın gənclərdən qurulduğunu bilirsiniz. "Baku Sportinq" də yenilənmiş heyətlə mübarizə aparır. Bu səbəbdən matçın necə alınacağı ilə bağlı indidən nəsə demək çətindir".
Qeyd edək ki, "Zaqatala" - "Baku Sportinq" qarşılaşması 16:30-da başlayacaq.
Nihat