
1-ci Liqanın 3-cü turunda iddialı "Karvan-Yevlax"ın qonağı olan "Zaqatala" 0:3 hesabı ilə uduzdu. Matçın 6-cı dəqiqəsində hücumçu Elxan Məmmədov birbaşa qırmızı vərəqə aldığı üçün azlıqda oynamaq məcburiyyətində qalan qonaqların baş məşqçisi Rakif Əliyevlə əlaqə saxlayıb yenilgini dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bizim futbolçular təcrübəsiz, gənc olduqları üçün hər matça rəqibə uyğun hazırlaşırıq. "Karvan"ın heyəti və gücü hasmıya bəllidir. Təəssüf ki, 6-cı dəqiqədə azlıqda qaldıq. Hərçənd ilk 5 dəqiqədə pressinq edirdik, rəqib futbolçular pressinqdən çıxmağa çətinlik çəkir, topu irəli, sağa-sola vururdular. Qırmızı vərəqə aldığımız epizodda hakim doğru qərar verdi. 100 faiz "qırmızı" idi. Elxanın 19 yaşı var. Matçdan sonra komandanı azlıqda qoyduğu üçün ağlayırdı.
Belə rəqibə qarşı on nəfərlə oynamaq çox çətin oldu. Üçüncü topu buraxandan sonra sistemi dəyişdik. Daha çox müdafiə olunduq ki, hesab böyüməsin. On bir nəfərlə mübarizə aparsaydıq, yaxşı oyun nümayiş etdirəcəkdik".
Nihat