13:42 18.09.2026 48

Misli Premyer Liqasının ilk 5 turuna baxış: Rəqib tanımayan çempion, pis başlayan "Turan Tovuz"

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Misli Premyer Liqasının (MPL) ilk 5 turu artıq geridə qalıb. Əlbəttə, çempionat uzun marafondur. İndidən mayda hansı komandanın çempion olacağını, hansının elitadan düşəcəyini demək münəccimlik cəhdinə bənzəyər. Bununla belə, çempionat iştirakçılarının geridə qalan turlardakı performansı müəyyən fikirlər səsləndirməyə əsas verir.

"Sabah" əla formadadır

Azərbaycanı tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsil edən "Sabah"ın 3 cəbhədə (MPL, ÇL, Azərbaycan Kuboku) mübarizə aparmağa çətinlik çəkəcəyini düşünənlərin mülahizələri doğrulmur. Düzdür, hələ Azərbaycan Kubokunun matçları başlamayıb və "bayquşlar" da bu turnirdə matça çıxmayıb, lakin Valdas Dambrauskasın çalışdırdığı kollektivin işləri qaydasındadır.

Bir oyun az keçirən Masazır komandası bütün çempionat matçlarını qələbə ilə başa vuraraq turnir cədvəlinin ilk pilləsində mövqe tutub. Ola bilsin ki, mübarizə qızışdıqca müəyyən fəsadlar yaşandı, amma indiki durumda hər hansı yorğunluq söhbət mövzusu deyil və "Sabah" favorit imicini doğruldur.

"Qarabağ" tez "oyansa"...

Heyətində böyük dəyişikliklər olan, əvvəlki oyununu sərgiləməyə çətinlik çəkən "Qarabağ"ın zədə sindromu ilə qarşılaşmasının vəziyyəti mürəkkəbləşdirdiyi heç kimə sirr deyil. Üç-dörd əsas oyunçusu MPL start götürəndən bəri kənarda qalan Ağdam təmsilçisi toparlanmağa çalışır. 4 oyuna 10 toplayan "köhlənlər"in tunir cədvəli baxımından ciddi problemi olmasa da, oyun planında hər şey o qədər də ürəkaçan deyil. Qurban Qurbanovun gerçəkliyin fərqində olduğu, komandasını əvvəlki vəziyyətə qaytarmaq uğrunda çalışdığı bəllidir. "Qarabağ"ın sonrakı matçları çempionluğun taleyi baxımından daha önəmli olacaq. Belə desək, komanda tez "oyansa", əsas rəqibləri ilə matçlarda üstünlüyü ortaya qoysa, zirvə uğrunda mübarizə gərginləşəcək.

"Neftçi"ni də siyahıdan silməyək

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Minsk "Dinamo"suna uduzaraq (1:4, 1:0) mübarizəni dayandıran "Neftçi"ni də çempionluq yarışından silmək olmaz. Bakı komandası 12 xalla 2-ci sıradadır. "Ağ-qaralar" 3-cü turda "Zirə"yə 0:1 hesabıyla uduzduqları matçda belə, zəif təsir bağışlamayıblar.

Hə, "xalq komandası" hələ "Sabah" və "Qarabağ"la qarşılaşmayıb. Ancaq ukraynalı çalışdırıcı Yuri Vernidubun "drujina"sı çempionluğa real namizəddir. Müdafiə xəttinin daha etibarlı təsir bağışlaması təmin edilsə, paytaxt klubu daha təhlükəli görünəcək.

"Zirə"nin hədəfi dəyişməyib

5-ci turda "Qarabağ"la heç-heçə edən (1:1) "Zirə"nin əvvəlki çempionat görüşündə "Sabah"a 5 cavabsız qolla uduzması gerçəkliyin güzgüsüdür. "Qartallar"ın məqsədi avrokuboklara vəsiqə qazanmaqdır. Rəşad Sadıqovun çalışdırdığı kollektiv çempionluq yox, avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Məntiqlə, sözügedən klubun Premyer Liqadakı mübarizəni ilk "4-lük"də yekunlaşdırmaq ehtimalı yetərincə çoxdur. 10 xalla 4-cü yerdən boy göstərən qəsəbə təmsilçisinin işləri qaydasındadır.

"Turan Tovuz" yaxşı başlamayıb

Ötən "futbol ili"nin yekunlarına əsasən Konfrans Liqasında oynamaq hüququ qazanan, lakin məlum səbəbdən avrokuboklarda iştirakına icazə verilməyən "Turan Tovuz" üçün ilk 5 turdakı 2 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət qənaətbəxş sayıla bilməz. Qərb derbisində qonaq qimində "Kəpəz"ə uduzaraq azarkeşlərini hiddətləndirən "boz qurdlar"ın "Şamaxı" (0:0) və "Araz-Naxçıvan" (2:2) kimi ortabablarla görüşlərdə xal itirməsi də faktdır.

Tovuzluların qazandığı qələbələrə gəlincə, komanda hər iki uğuru öz meydanında, münasib rəqiblər üzərində və böyük çətinliklə əldə edib. 1-ci turda "Qəbələ" 1:0, 4-cü turda isə "Sumqayıt" 2:1 hesablı məğlubiyyətə uğradılıb. Görünən budur ki, "Turan Tovuz" ən yaxşı halda, KL barədə düşünə bilər. Buna rəğmən, sonrakı qarşılaşmalarda vəziyyət mürəkkəbləşməsi və azarkeşlərin böyük qisminin dəstəkləmədiyi baş məşqçi Kurban Berdiyevin "kreslo"sunun laxlaması da mümkündür.

"Kəpəz"lə "Şamaxı"nın yolu daha aydın görünür

"Kəpəz" 6 xalla 6-cı, eyni xala malik "Şamaxı" 7-ci, sonrakı yerlərdə isə hərəyə 4 xalla "Qəbələ" və "İmişli" mövqe tutublar. Orta pillələrdə qərarlaşan bu komandalar arasında cari mövsüm ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda möhtəşəm azarkeş dəstəyi alan "sarı-göylər"in və Azər Bağırovun rəhbərlik etdiyi "aslanlar"ın yolu daha aydın görünür. Gürcü mütəxəssis Kaxaber Tsxadadzenin istefaya göndərilməsindən sonra "İmişli"ni yenərək (2:1) həm cari mövsüm ilk qollarını vuran, həm də ilk qələbəsini qazanan Qəbələ təmsilçisinin ardından qonaq qismində "Kəpəz"ə boyun əyməsi (0:1) hər şeyin qaydaya düşməsi anlamında deyil. Elə "İmişli" barədə də eyni sözləri demək olar. 

"Zirzəmi"dəki "3-lük"

Debütant "Şəfa" 3 xalla 10-cu, büdcəsi azaldılandan sonra Cavid Hüseynova tapşırılan "Araz-Naxçıvan" (2 xal) 11-ci, yeganə xalını 5-ci turda evdə "Şamaxı" ilə  heç-heçə sayəsində qazanan "Sumqayıt" isə 12-ci - sonuncudur. Reallıq budur ki, "zirzəmi"dəki 3 kollektivdən heç biri aşkar autsayderə bənzəmir. Bu komandalardan istənilən biri 6-cı turda qələbə qazanacağı təqdirdə, orta yerlərə yüksələcək. 

Mütəxəssislər nə deyir? 

İlk 5 turdakı vəziyyəti dəyərləndirmək üçün mütəxəssis rəyinə də ehtiyac duyduq. Azərbaycan millisinin sabiq hücumçusu, tanınmış məşqçi Samir Əliyevin mövcud vəziyyətə münasibəti belə oldu: ""Azərbaycan Premyer Liqasında artıq 5 tur geridə qaldı. Mən yenə də o fikirdəyəm ki, turnir cədvəli və komandaların ümumi imkanları barədə geniş, dəqiq rəy bildirmək üçün ən azı 10-12 tur geridə qalmalıdır. Buna baxmayaraq, ilk 5 turun nəticələrinə əsasən bəzi mülahizələr yürütmək olar. Əvvəlcədən də gözlənildiyi kimi, çempionluq və avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq komandalardan "Sabah", "Qarabağ", "Zirə" və "Neftçi" ilk turlarda uğurlu çıxış edirlər. Bu qrupda yalnız "Turan Tovuz"un nəticələrində xal baxımından qeyri-stabillik hiss olunur. Lakin çempionat uzun bir marafondur və hələ yolun başlanğıcındayıq. İnanıram ki, "Turan Tovuz" da tezliklə bu "beşliy"ə qoşulacaq və iddiasını sonadək sürdürəcək. Digər yeddi komandaya gəlincə, onların bir çoxuna yeni baş məşqçilər təyin olunub və heyətlər yenidən formalaşdırılır. Bu səbəbdən həmin klublarda həm oyun keyfiyyəti, həm də xal toplamaq baxımından qeyri-stabillik sezilir. Zaman keçdikcə hər şey öz qaydasına düşəcək. Amma indidən turnirin autsayderinin kim olacağını demək çox çətindir".

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimov da dinləyək: "İlk "5-lik"də "Sabah", "Qarabağ", "Neftçi", "Turan Tovuz" və "Zirə" komandaları mübarizə aparacaqlar. Adını çəkdiyim bu 5 klubun Avropa Liqasına və Konfrans Liqasına vəsiqə qazanmaq üçün kifayət qədər potensialı var. Çempionluq uğrunda əsas mübarizədə isə hazırda iki komanda önə çıxır: "Sabah" və "Qarabağ"dır.  Nə "Neftçi"nin, nə "Turan"ın, nə də "Zirə"nin birinci yer uğrunda ortaya iddia qoymaq potensialı hələ bir qədər aşağı görünür. Çünki bu komandalar öz aralarında oynayarkən "Qarabağ" və "Sabah" qədər stabil oyun nümayiş etdirə bilmirlər. Əlbəttə, çempionatın sonuna doğru vəziyyət dəyişə bilər, amma hazırkı mənzərə belədir. Turnir cədvəlinin aşağı hissəsində yer alan digər komandalara gəlincə, onlar öz aralarındakı oyunlarda bir-birinə qalib gələ və ya məğlub ola bilərlər. Yəni gücləri nisbətən bərabərdir. Ümumilikdə, 5-ci turdan sonra gəldiyim yekun qənaət bundan ibarətdir". 

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub. 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

18 Sentyabr 2026
13:42

Misli Premyer Liqasının ilk 5 turuna baxış: Rəqib tanımayan çempion, pis başlayan "Turan Tovuz"

13:24

Azərbaycan Kubokunun püşkü atıldı

13:03

"Trabzonspor"un yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi - RƏSMİ

12:44

“Kəpəz”in səfər oyunları kinoteatrda nümayiş olunacaq

12:25

Burkina Fasodan olan futbolçunun durumu bəlli oldu - "Şamaxı"ya qarşı oynaya biləcək?

12:06

Azərbaycan millisinin heyəti açıqlandı

11:48

"Messi ilə bağlı içimdə təəssüf hissi var" - Fermin Lopes

11:29

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:10

"Ən vacib olan "Real Madrid"dir" - Kilian Mbappe

10:51

1-ci Liqa: Şamaxıda MOİK sevinəcək, yoxsa "Xankəndi?

10:30

Azərbaycan Kubokunun püşkü atılır

10:09

Sebalyos "Qızıl top"a namizədini açıqladı - O, "Real Madrid"dən deyil

09:45

"Sabahın Ulduzları": Yarımfinal cütləri müəyyənləşdi - FOTOLAR

09:25

MPL: "Neftçi" Qəbələ səfərində, "Qarabağ" debütanta qarşı

09:00

İtalyano: "Daha çox xal toplamalıyıq"

02:08

La Liqa: "Vilyareal" 3 xalı 3 qolla qazandı

01:02

AL: "Beşiktaş" Fransa təmsilçisini əliboş yola saldı

17 Sentyabr 2026
23:57

"Qarabağ" onun üçün yenidən hərəkətə keçəcək

22:56

"Barselona"ya 140 milyon avroluq şok təklif

22:15

Todd Boli "Çelsi"dəki səhmlərini sataraq klubdan ayrıldı

21:34

Qazaxda "Grace of Nature" turniri keçiriləcək

21:09

Rafinya Messinin rekordunu qırdı

20:47

"Sumqayıt"ın futbolçusu 5 oyunluq cəzalandırılıb

20:26

I Liqa: "Səbail"ə 1 qol bəs etdi, "Gəncəbasar"dan darmadağın

19:39

Azərbaycan U-18 millisi seleksiya məqsədilə təlim-məşq toplanışı keçirəcək

19:12

"Luton Taun" "Arsenal"ın 16 yaşlı ulduzunu istəyir

18:54

"Barselona" əzəli rəqibinin bombardirinə göz dikib

18:05

Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi bilindi

17:52

"Leo bu il "Qızıl top" mükafatını qazanmalıdır" - Devid Bekhem

17:31

UEFA Belarus komandalarına "yaşıl işıq yandırdı"

17:13

"Arsenal" Rodriqo marağından əl çəkmir

16:51

"Kəpəz" Əlisahib Əliyevlə peşəkar müqavilə bağladı - RƏSMİ

16:37

"Brayton"un baş məşqçisi MY üzərində geridönüşlə qazandıqları qələbəni belə dəyərləndirdi

16:18

Ramiz Məmmədov 3:0-ı şərh etdi

15:59

Yamal şəxsi rekordunu təkrarladı

15:41

"Qırmızı vərəqə aldığımız epizodda hakim doğru qərar verdi" - Rakif Əliyev

15:23

Valdas Dambrauskas ev oyununda bu futbolçuların xidmətindən yararlana bilməyəcək

15:04

Azərbaycan - Tacikistan: Açıq məşq və mətbuat konfransının vaxtı bəlli oldu

14:45

"İmişli"nin baş məşqçisi "Sabah"la oyun ərəfəsində qayğısızdır

14:28

Yürgen Klopp ilk seçimini etdi: Millətlər Liqası üçün iki heyət

Facebookdan bizi izləməyi unutmayın.
X