
Misli Premyer Liqasında 6-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 matç baş tutacaq.
Öz meydanında "Zirə"ni qəbul edən "Turan Tovuz" azarkeşlərinə dramatik anlar yaşadıb. Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşmanın taleyi son saniyələrdə həll olunub və tovuzlular 90+5-ci dəqiqədə vurduqları qolla 1:0 hesablı vacib qələbəni bayram ediblər.
Günün digər matçında isə "Sabah" Masazırda "İmişli"ni sınağa çəkib. Kamal Umudlunun baş hakim olduğu qarşılaşmada üstünlüyü əldən verməyən meydan sahibləri rəqibini 3:1 hesabı ilə məğlub edib.
Daha öncə keçirilmiş oyunlarda “Qəbələ” – “Neftçi”yə (0:3) uduzub, “Qarabağ” “Şəfa”ya (1:0) qalib gəlib. “Şamaxı” – “Araz-Naxçıvan” və “Kəpəz” – “Sumqayıt” oyunları isə sabah keçiriləcək.
Misli Premyer Liqası
6-cı tur
19 sentyabr
“Turan Tovuz” – “Zirə” 1:0
Qollar: Filip Damyanoviç, 90+5.
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı.
VAR: Əli Əliyev.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu, 17:30.
Turan Tovuz: 1. Oleq Baklov, 5. Roderik Miller, 23. Alexandro Serrano, 90. Jo Batista, 77. İbrahima Vadji, 32. Hayderson Hurtado (k), 7. Xorxe Silva, 19. Roberto Olabe, 25. Denis Marandiç, 33. Filip Damyanoviç, 11. Dioqo Balau.
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin, 4. Rahil Məmmədov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 99. Sadiq Şəfiyev, 3. Enrike Silva, 15. Emmanuel Hakman, 8. David Tavares, 28. Aleksa Yankoviç.
Baş məşqçi: Kurban Berdıyev.
Zirə: 72. Hüseynəli Quliyev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 2. Amin Seydiyev, 11. Ayxan Hüseynov, 4. Ruan Renato, 21. Rikardo Martins, 20. İssa Cibrilla, 5. Ange Mutsinzi, 27. Bayere Lue, 33. Mehdi Mişahşah.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 6. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 3. Dimitri Leqbo.
Baş məşqçi: Rəşad Sadıqov.
“Sabah” – “İmişli” 3:1
Qol: Sadiq Məmmədzadə, 20-öz qapısına. Umarali Rahmonaliyev, 35. Kahim Parris, 90+5. - Ronaldo de Souza, 90.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Bank Respublika Arena”, 19:45.
Sabah: 92. Stas Pokatilov (k), 5. Rəhman Daşdəmirov, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 80. Akim Zedadka, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 37. Du Keyros, 7. Umarali Rahmonaliyev, 4. Eyden Makkarti, 8. Kristian Nvaçukvu.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 6. Abdulla Xaybullayev, 16. Rauf Rüstəmli, 11. Kahim Parris, 33. Junior Almeyda, 99. Patrik Mbina, 88. Rodriqo Fernandes, 18. Karlos Eduardo, 23. Yunes Laşaab.
Baş məşqçi: Valdas Dambrauskas.
İmişli: 22. Sadiq Məmmədzadə, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı (k), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 13. Rafael Vyeqas, 21. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 80. Deko.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 99. İmam Əli, 17. Seyxan Fərəcov, 55. Murad Ələkbərov, 33. Əkbər Eyubov, 30. Xəlil Mürsəlli, 10. Dioqo Kardozo, 7. Luis Silvestr, 8. Xuan Hernandes, 42. Sebai Senin.
Baş məşqçi: Fərid Namazov.