
Misli Premyer Liqasında 6-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 matç baş tutacaq.
Öncə “Turan Tovuz” “Zirə”ni qəbul edəcək. Tovuzda baş tutacaq qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olacaq.
“Sabah” isə “İmişli”ni sınağa çəkəcək. Masazırda keçiriləcək oyunu Kamal Umudlu idarə edəcək.
Daha öncə keçirilmiş oyunlarda “Qəbələ” – “Neftçi”yə (0:3) uduzub, “Qarabağ” “Şəfa”ya (1:0) qalib gəlib. “Şamaxı” – “Araz-Naxçıvan” və “Kəpəz” – “Sumqayıt” oyunları isə sabah keçiriləcək.
Misli Premyer Liqası
6-cı tur
19 sentyabr
“Turan Tovuz” – “Zirə” 0:0 (ilk hissə)
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı.
VAR: Əli Əliyev.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu, 17:30.
Turan Tovuz: 1. Oleq Baklov, 5. Roderik Miller, 23. Alexandro Serrano, 90. Jo Batista, 77. İbrahima Vadji, 32. Hayderson Hurtado (k), 7. Xorxe Silva, 19. Roberto Olabe, 25. Denis Marandiç, 33. Filip Damyanoviç, 11. Dioqo Balau.
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin, 4. Rahil Məmmədov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 99. Sadiq Şəfiyev, 3. Enrike Silva, 15. Emmanuel Hakman, 8. David Tavares, 28. Aleksa Yankoviç.
Baş məşqçi: Kurban Berdıyev.
Zirə: 72. Hüseynəli Quliyev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 2. Amin Seydiyev, 11. Ayxan Hüseynov, 4. Ruan Renato, 21. Rikardo Martins, 20. İssa Cibrilla, 5. Ange Mutsinzi, 27. Bayere Lue, 33. Mehdi Mişahşah.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 6. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 3. Dimitri Leqbo.
Baş məşqçi: Rəşad Sadıqov.
“Sabah” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Bank Respublika Arena”, 19:45.