
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda bu gün Lixtenşteyn seçməsini qəbul edəcək yığmanın "23-lüy"ünü müəyyənləşdirib.
Fanat.Az-ın məlumatına görə, hücumçu Renat Dadaşov zədələndiyi üçün "cırtdanlar"la matçı kənardan izləyəcək.
Rahil Məmmədov, Bədavi Hüseynov, Rəhman Daşdəmirov, Mustafa Əhmədzadə, Fərid Yusifli və Ceyhun Nuriyevin də adı iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, Azərbaycan - Lixtenşteyn qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti 20:00-da səsləndiriləcək.
Toğrul