
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsindəki növbəti oyununda Kosovo ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, B Liqasının B1 qrupunun matçı rəqibin 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycanın U-17 millisi növbəti matçını oktyabrın 4-də Albaniyaya qarşı keçirəcək. Milli ilk görüşündə İrlandiyaya 0:16 hesabı ilə uduzub.