"Qalatasaray" və "Beşiktaş"ın futbolçuları Ruslan Abışovu təbrik etdi - VİDEO
Türkiyənin "Beşiktaş” və "Qalatasaray” futbol klublarının futbolçuları Azərbaycan millisinin yarımmüdafiəçisi Ruslan Abışovu doğum günü münasibətilə təbrik ediblər.
Fanat.Az xəbər verir ki, təbrik videosunu Abışovun pərəstişkarı Samir Hacıyev hazırlayıb.
Cenk Tosun, Fabri, Gökhan Gönül, Alvaro Neqredo, Lens, Mitroviç, Yasin Öztəkin və başqaları bu gün 30 yaşı tamam olan Ruslan Abışova ürək sözlərini deyiblər.
Qeyd edək ki, Abışov Ruslan 10 oktyabr 1987-ci ildə Bakıda anadan olub. Ruslan "Neftçi" Bakı klubunun və Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisidir. 2017-ci ilin yanvar ayından etibarən Azərbaycanın ""Neftçi"" klubunda çıxış edir. "Neftçi Bakı" və "Xəzər-Lənkəran" klublarının heyətində çıxış edib. 2011, 2012-ci illərdə Azərbaycan çempionu olub, 2012-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib.