20:35 27.10.2017 2142

"Qarabağ" debütantı azlıqda yendi - Topaz Premyer Liqası

Bu gün Topaz Premyer Liqasında X tura start verilib.
 
Fanat.Az-ın məlumatına görə, ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ” ilk oyun günündə mübarizə aparıb. Tərəflərin I dövrədəki oyunu məlum səbəbdən təxirə salındığı üçün ağdamlılar tarixində ilk dəfə elitanın debütantı "Səbail”lə üz-üzə gəlib.
 
Ötən tur səfərdə "Qəbələ"yə minimal hesabla uduzan və mövsümdə birinci məğlubiyyətini alan "Qarabağ" liderliyini sürdürmək üçün qələbə qazanmağı hədəfləmişdi. Bu görüşdən sonra Madridə yollanacaq çempionun "Atletiko"yla daha vacib matç ərəfəsində gücünü qorumaq planı isə "Səbail"ə əlavə fürsət yaradan amil idi. Geridə qalan 9 turda bərabərlik tanımayan Samir Əliyevin komandası xalsız qalmamaq naminə bacardığını meydanda qoymağa çalışacaqdı.
 
Oyun ağdamlılar üçün yaxşı başlamayıb. Erkən qol vura bilməyən "köhlən atlar" 23-cü dəqiqədə zədələnən Pedro Enrikeni itiribsə, ilk yarının sonlarında Ansi Aqollinin qırmızı almasına üzülüb. Fasilədən sonra say azlığına baxmayaraq hücumlarını sürdürən Qurban Qurbanovun komandası nəhayət, 90-cı dəqiqədə istəyinə çatıb. Əfran İsmayılov cərimə zərbəsindən topu "doqquzluğ"a göndərərək qələbəni təmin edib.
 
Topaz Premyer Liqası
X tur
27 oktyabr 
 
"Qarabağ” – "Səbail" 1:0
Qol: Əfran İsmayılov, 90
Qırmızı vərəqə: Ansi Aqolli, 43
Hakimlər: Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov 
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Kərim Ağayev
Suraxanı qəsəbə stadionu
 
"Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 8. Markos Madera, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 20. Riçard Almeyda (k), 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 5. Maksim Medvedev, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 99. Dani Kintana, 19. Famil Camalov
Baş məşqçi: Qurban Qurbanov
 
"Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 4. Amit Quluzadə, 6. Murad Ağayev, 17. Vüqar Nadirov, 18. Adrian Popoviçi, 20. Elton Yaqublu (k), 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 69. Renan Telles, 99. Maudo Jarjue
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 8. Aqşin Muxtaroğlu, 10. Nurlan Novruzov, 14. Yamin Ağakərimzadə, 23. Ayron Stati, 35. Egdaras Zarskis, 66. Pərviz Qaraxanov, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev

 
Fanat.Az

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X