Topaz Premyer Liqasının X turunun açılış matçında "Qarabağ” "Səbail”i qəbul edir.
Fanat.Az xəbər verir ki, matçın 23-cü dəqiqəsində Pedro Enrike sıradan çıxıb. Braziliyalı təmas olmadığı halda, meydanın mərkəzində əzələsini tutaraq yerdə qalıb. Həkimlər müdaxilə etsə də, "sambaçı" matçı davam etdirə bilməyib və Dani Kintana ilə əvəzlənib.
Onun oktyabrın 31-də səfərdə Madrid "Atletiko"suna qarşı oynayacağı inandırıcı görünmür. Hərçənd Pedronun zədəsinin nə dərəcədə ciddi olduğuna sabah aydınlıq gələcək.
Fanat.Az