21:53 27.10.2017 2094

Qurban Qurbanov: "Həmzəzadənin idarəçiliyi mənə çatmadı"

"Futbolçularımı təbrik edirəm. Layiqli qələbə qazandılar. Həddən artıq çətin oldu. Futbol elə oyundu ki, burda meydanda 10 nəfər də, 9 nəfər də qala bilərsən. Çoxdandı belə oyun keçirməmişdik. Azlıqda qalsaq da, qalib gələ bildik. Bu gün həm 3 xal qazandıq, həm də yaxşı oyun göstərdik. Samir Əliyevə gələn oyunlarda uğurlar arzulayıram”. Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Azərbaycan Premyer Liqasının X turunda "Səbail”i qəbuk edən son çempion 1:0 hesablı qələbəyə sevinib.
 
Ağdamlıların çalışdırıcı qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
 
- Penalti verilməyən epizod barədə nə deyə bilərsiz?
- Düzü, heç vaxt hakimlik barədə danışmamışam. Sadəcə, bu gün Rəvan Həmzəzadənin idarəçiliyi mənə çatmadı. Həmişə bəyəndiyim hakimlərdən olub. Ancaq bu gün bir neçə maraqlı qərar verdi. İlk növbədə, Pedronun yerdə qaldığı epizodda simulyasiya olmamışdı. Elə həmin epizodda zədələndi. Məncə, orda ikili mübarizə idi.
 
- Pedronun zədəsi ciddidi?
- Ciddi zədə olduğunu düşünmürəm. Yəqin ki, bir-iki günə sağalar. Sabah vəziyyətinə aydınlıq gələcək.
 
- Jezniçakın vəziyyəti nə yerdədi?
- Onun yüngül zədəsi var. Risk edib, meydana buraxmadım. Vəziyyətinə tam olaraq sabah aydınlıq gələcək.
 
- Artıq 45 yaşınız var. Bir çox uğurlarınız var. Millinin baş məşqçisi olmasıyla bağlı təklif alsaz, nə cavab verəcəksiz?
- Bu gün hansısa fikir bildirməyim "Atetiko” ilə oyunöncəsi fikrimizi yayındıra bilər. Bu, böyük rezonans doğura bilər.
 
- "Atletiko” ilə oyundan sonra danışacaqsız?
- Buna oyundan sonra baxarıq (gülür). Açığı Prosineçkinin gedişi mənim üçün gözlənilməz oldu. İndi mənim hansısa fikir bildirməyim bir qədər hörmətsizlik olar. Qarşıda hələ vaxt var. Ən düzgün qərarı AFFA verəcək.
 
- Bəlkə, bu barədə təklif olub, siz razı olmamısız?
- Dediyim kimi, bu gün verəcəyim bir cavab yeni suallar doğuracaq. Gəlin, bu barədə hələ danışmayaq, qalsın sonraya. AFFA rəhbərliyinin qərarından sonra fikrimizi bildirməliyik. Hamımız Azərbaycan futbolunun gələcəyi üçün birgə addım atmalıyıq.
 
- Sizdən başqa, Qriqorçuk və Tsxadadzenin də namizədliyi barədə danışılır. "Qarabağ”ın baş məşqçisi yox, İcraiyyə Komitəsinin üzvü kimi bu mütəxəssislərdən hansını milliyə layiq bilirsiz?
- Bu barədə heç bir fikrim yoxdu. İcraiyyə Komitəsində də bu barədə müzakirə olmayıb. Sizdən xahişim odu ki, bu cür suallarla mənim fikrimi yayındırmayın. Bu gün komandada zədəlilərlə bağlı yetərincə problem var.
 
- "Atletiko” ilə oyundan nə gözləyirsiz. Nəzərə alaq ki, komandada yetərincə zədə problemi var...
- Bəli, bu gün komandada zədəylə bağlı, xüsusilə, müdafiədə yetərincə problemimiz var. Biz çalışırıq ki, yaxşı oyun göstərək. Bu gün mənə əsas ləzzət edən 3 xaldan çox, göstərilən gözəl futbol oldu. Bu cür vəziyyətlərdə məşqçinin də üzərinə əlavə məsuliyyət düşür. Kimin harda oynamasıyla bağlı ikiqat düşünməli oluruq. Rəqib də bizimlə oyuna yaxşı hazırlaşır. Bu, onlar üçün son şans ola bilər.
 
- Bakıda "Atletiko”dan xal aldız. Bu, sizin xeyrinizədi, yoxsa ziyanına?
- Rəqib peşəkardı. Onlar dəfələrlə bu cür oyunlar keçiriblər. Son 4 ildə 2 dəfə ÇL-də final oynayıblar. "Real”, "Yuventus” kimi komandalara qarşı layiqli mübarizə aparıblar. Rəqibin heyətində yetərincə usta futbolçular var. Onların gücünü Bakıda da gördük.
 
Mənbə: apasport
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X