15:56 06.11.2017 2102

Şahin Diniyevin “Kəpəz”dən yapışmaqlığı (QEYD)

Təkrar, yenə təkrar qeyd edirik: maliyyə maxinasiyalarına görə auditin ifşa etdiyi Mikayıl Nərimanoğlu "Kəpəz”in Müşahidə Şurasından geri çağırılandan sonra klub ətrafında analoji informasiyalar hər gün yenilənir.

Məlum oldu ki, baş məşqçi Şahin Diniyev üçün 10+ min manat maaş yazılsa da, o, 7 min alırmış. Diniyev bu məsələni təkzib etsə də, problemi təsdiqləyən kifayət qədər ciddi  və aidiyyatı mənbələr var. Yaxud təkzibi qəbul eləyib, inanmağımızçün rəsmi sübut yoxdur…

Hər halda, klubətrafı araşdırmalar davam edir. Aşkarlanan çatışmazlıqlar tam açıqlanmasa da, "səsi çıxacaq”.

Toxunmaq istədiyimiz məqam isə məhz Diniyevlə bağlıdır.

Əvvəlcə gəlin Topaz Premyer Liqasında iştirak edən komandaların baş məşqçilərinin məvaciblərinə nəzər yetirək:

Qurban Qurbanov ("Qarabağ”) - 60000+
Roman Qriqorçuk ("Qəbələ”) - 35000+
Şahin Diniyev ("Kəpəz”) - 10000+
Ayxan Abbasov ("Zirə”)  -  8000+
Ramiz Məmmədov ("Keşlə”) - 4000+ (Sələfi, Zaur Svanadze - 5000+)
Samir Abasov ("Sumqayıt”) - 4000+
Tərlan Əhmədov ("Neftçi”) - 3000+ (Hələlik)
Samir Əliyev ("Səbail”) - 3000+

(Məbləğ manatladır və rəqəmlər minimum göstəricidir*)

Diniyev üçüncü ən çox məvacib alan məşqçidir. Turnir cədvəlindəki sıralama təxminən məvaciblərlə düz mütənasibdir. Yalnız Diniyevi çıxmaqla. Komandası daim autsayderlər sırasında olsa da, maaşı nəticələrinə nisbətdə fantastik fərqlənir. Niyə?

Diniyevin ölkədə Qurbanov və Qriqorçukdan sonra ən yüksək məvacib almasının əsası nədir?

Əgər "Kəpəz”in komanda  və klub olaraq böhrandan çıxması alınmırsa, onda bu qədər məvacib necə rahatlıqla alına bilər, Diniyev?

Məlumatlara görə, "Kəpəz”in illik büdcəsi  1.200.000 manatdır. Belədə Diniyevin maaşı ümumi büdcənin 10 faizini təşkil edir.

Diniyev hər məğlubiyyətdən sonra "bütün günahlar məndədir” deyir.  Bunlar özünü şirin satmaqdan başqa bir şey deyil. Anlamadıq, adam bu qədər günaha batar?  Belə maaşla bu qədər günah çox olmadı?

"Mənim istefam haqda yazılanlar məntiqli deyil" deməyinizin əks məntiqi budur, hörmətli Diniyev.

Fikir verirsinizsə, hakimlikdə və məşqçilikdə kütləvi gəncləşmə prosesi gedir. Hazırda TPL iştirakçılarının, demək olar, hamısını gənc mütəxəssislər çalışdırır. Elə bu detalı da nəzərə alaraq, faydalılığınızın bundan yuxarı qalxmadığını görüb, istefa verə bilərsiniz. Tam məntiqli olaraq...

Sizin istefanızın labüdlüyü haqda yazılanları məntiqsiz sayırsınız, bu yalnız hiddətləndiyinizi göstərir.  Ünsiyyətcil, loyal təəssürat bağışlayan Diniyevin məhz belə məqamlarda əsl mahiyyətinin üzə çıxması, özünü idarə eləyə bilməməsi, aqressivləşməsi də bir həqiqətdir. 10 min manat maaş niyə almalısınız? "Kəpəz”çün neyləmisiniz? Təyinatınızdan sonra komanda yalnız bir dəfə Avropa Liqasında iştirak edib. Onda da lisenziya ala bilməyən "İnter” və "Zirə”dən boşalan yerlərdən birinə görə. Daim turnir cədvəlinin autsayderləri sırasında olan komandanın baş məşqçisi ölkədə üçüncü ən çox maaş alandırsa, bu, məntiqlidir, eləmi, Diniyev?

Şahin müəllimin müdafiəsinə ehtiyac yoxdur. Olsaydı, bunu onun adı naminə ən əvvəl elə biz edərdik. Ancaq yuxarıda sadaladıqlarımız, ortaya çıxan həqiqətlər buna imkan vermir.  Bunadək ona kifayət qədər vaxt verildi, imkan yaradıldı və o, Gəncə futbolu adına potensialını, verə biləcəyini maksimum verdi. Göründü ki, alınmır. İnfrastruktura, uşaq futboluna heç bir yatırım eləyə bilməyən klubun imkanından çox-çox yuxarı ödənişli məşqçiylə çalışması da peşəkarlığa və reallıq hissinə yaxın deyil.

Elçin Cəlilov
Futbolpress.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X