
"Barqasın meneceri bizimlə əlaqə saxlayaraq müştərisinin Boliviya klubundan təklif aldığını bildirdi”. Bu sözləri Fanat.Az-a açıqlamasında "Neftçi”nin mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu deyib.
Boliviya mətbuatında hücumçunun yerli "Bluminq”lə 1+1 illik müqavilə imzaladığı yazılıb. Klub rəsmisi yayılan məlumata münasibət bildirib:
"Bluminq”ə keçməsi mümkündü. Baş məşqçi Tərlan Əhmədov da onunla vidalaşmağa razıdı. Amma Boliviya təmsilçisi bizə rəsmi müraciət ünvanlamayıb. Cənubi amerikalının "Neftçi”ylə olan müqaviləsinin müddəti mövsümün sonunda bitir. Rəsmi təklif alsaq, dəyərləndirə bilərik”.
Qeyd edək ki, boliviyalı forvard bu mövsüm "Neftçi”nin formasıyla 16 oyuna çıxıb və 5 qol vurub.
Fanat.Az