Mövsümün ikinci yarısına hazırlıqlarını davam etdirən "Sumqayıt” və "Səbail" klubları bu gün yoxlama oyununda üz-üzə gəlib.
Fanat.Az-ın məlumatına görə "Kapital Bank Arena”da keçirilən qarşılaşma "Səbail"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu, hər iki komandanın Bakıdakı hazırlıq çərçivəsində son yoxlama oyunu olub. Komandalar hazırlığın növbəti hissəsini Türkiyədə davam etdirəcək.
Sumqayıt - Səbail 1:2
Qollar: Amil Yunanov, 53 - Nurlan Novruzov, 22. Vüqar Nadirov, 85.
Qırmızı vərəqə: Cavid İmamverdiyev, 60.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol