Türkiyədə təlim-məşq toplanışında olan "Zirə” ilk yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun komandası Rumıniyanın "Volentaru” klubu ilə qarşılaşır. Matç Bakı vaxtı ilə saat 16:00-da başlayıb.
Qeyd edək ki, görüş "The Sensei de Lux” otelinin meydançasında oynanılır.
27 yanvar
Zirə (Azərbaycan) - Volentaru (Rumıniya) 2:0
Qollar: Elşən Abdullayev, 17. Vüsal İsgəndərli, 60.
Zirə: Kamal Bayramov, Adil Nağıyev, Yovan Krneta, Tellur Mütəllimov, İbrahim Aslanlı, Vüqar Mustafayev, Milan Duriç, Brahim Tandia, Mirsahib Abbasov, Elşən Abdullayev, Riçard Qadze.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol