"Bəzi təkliflər olmuşdu. Qərar verməzdən əvvəl birinci milli komandanı, ölkəni fikirləşirəm". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev deyib.
"Səbail"lə oyundan sonra (1:0) jurnalistlərijn suallarını cavablandıran futbolçu xaricdən aldığı təklifi qəbul etməməsinin səbəbini açıqlayıb: "Gələn təklif futbolumuz adına yaxşı deyildi. "Qarabağ" onsuz da mənim üçün hazırda ideal yerdir. Bu komanda ilə hər il avrokubokların qrupunda oynayıram. Düşündüm ki, bu təklifə baxanda, elə "Qarabağ"da qalsam, yaxşıdı. Amma yaxşı təkliflər olsa, dəyərləndirmək istəyirəm. Bilmirəm, çempionatda komanda sayının azlığındandı, ya nədəndi, təkliflər çox azdı".
Qara "Həmin təklifi tramplin kimi istifadə edib, daha yaxşı komandaya keçmək olmazdı" sualına belə cavab verib: "Ola bilərdi. Əgər 3-4 il bundan əvvəl o təklifi alsaydım, getmək olardı. Bu yaşımda tramplin məsələsi mənim üçün bir az çətindi. Gedib 2 il oynayandan sonra artıq gənc futbolçu sayılmayacam. Allah eləməsin, alınmasaydı, necə olacaqdı?! Buna heç kim zəmanət verə bilməz. "Qarabağ"da isə ən azı sabit oynaya bilirəm".
Fanat.Az