"Neftçi" XVII turun "Zirə" ilə oyununa ciddi itkilərlə çıxacaq. Fanat.Az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov 4 futbolçunun xidmətindən yararlana bilməyəcək.
Belə ki, "Sumqayıt"la oyunda qırmızı vərəqə alan Rəşad Sadiqov 3 oyunluq cəzalanıb. İlkin Qırtımov sarı vərəqə limitini doldurub. Məhəmməd Mirzəbəyov və Elnur Cəfərov isə zədə səbəbindən kənarda qalacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol