Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində doğma meydanda "Səbail”lə görüşəcək "Kəpəz” bu qarşılaşmanın hazırlığını tamamlayıb.
Fanat.Az xəbər verir ki, komanda son məşqinə Gəncə şəhər stadionunda çıxıb. Hazırlıq prosesi saat 16:00-da başlayıb və 50 dəqiqə davam edib. Oyun öncəsi məşq yüngül xarakter daşıyıb.
Qeyd edək ki, "sarı-göylər”in heyətində zədəli futbolçu var. Ötən tur "Qarabağ”a qarşı görüşdə zədələnən Dieqo Souza tam hazır olmadığından ev oyununu buraxmaq məcburiyyətində qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol